Bakı şəhər 277 nömrəli tam orta ümumtəhsil məktəbi

Bakı şəhər 277 nömrəli tam orta ümumtəhsil məktəbi 277 nömrəli tam orta ümumtəhsil məktəbi

Məktəbimizdə "İnsan Hüquqları Aylığı" çərçivəsində fəal şagirdlərin iştirakı ilə “Biz hüquqlarımızla böyüyürük" adlı dəy...
03/06/2026

Məktəbimizdə "İnsan Hüquqları Aylığı" çərçivəsində fəal şagirdlərin iştirakı ilə “Biz hüquqlarımızla böyüyürük" adlı dəyirmi masa keçirilib.
Tədbirin əsas məqsədi uşaqların hüquqi savadlılığını artırmaq, onlarda sərbəst fikir yürütmək, öz hüquqlarını müdafiə etmək və tənqidi təfəkkür mədəniyyətini inkişaf etdirməkdir.
Dəyirmi masa arxasında real mövzular ətrafında olduqca maraqlı və açıq diskussiya baş tutub. Müzakirələr zamanı əsas diqqət bu istiqamətlərə yönəldilib:
Keyfiyyətli təhsil almaq hüququ və bu hüququn şəxsiyyət kimi formalaşmadakı rolu;
Şagirdlərin hər növ zərərli təsirlərdən və zorakılıqdan mühafizə olunması mexanizmləri;
Hüquq və vəzifələrin vəhdəti: Öz hüquqlarını tələb edərkən, eyni zamanda müəllimlərə, sinif yoldaşlarına və məktəb qaydalarına hörmətlə yanaşmaq məsuliyyəti.
Şagirdlər mövzu ilə bağlı öz baxış bucaqlarını ifadə edib, onları maraqlandıran suallara ətraflı cavab tapıblar. Gələcəyimiz olan uşaqların hüquqi cəhətdən məlumatlı və fəal vətəndaş kimi yetişməsi hər zaman diqqət mərkəzimizdədir.

İnsan hüquqları aylığı çərçivəsində sinif təşkilat saatları keçirilib 📜🕊️Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə...
03/06/2026

İnsan hüquqları aylığı çərçivəsində sinif təşkilat saatları keçirilib 📜🕊️
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş "İnsan Hüquqları Aylığı" çərçivəsində məktəbimizdə silsilə sinif təşkilat saatları təşkil olunub.
Dərslərin keçirilməsində əsas məqsəd şagirdlərin hüquqi şüurunu və hüquq mədəniyyətini inkişaf etdirmək, onlara erkən yaşlardan öz hüquq və vəzifələrini aşılamaqdır.
Təşkilat saatlarında sinif rəhbərləri şagirdlərə BMT-nin "Uşaq Hüquqları Konvensiyası", Azərbaycan Respublikasının Konstitusiyası və dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğı barədə ətraflı məlumat veriblər.

Məktəbin IV sinif şagirdləri ilə stres və həyəcanın azaldılması məqsədilə psixoloji söhbət və sorğu keçirildi. Görüş zam...
01/06/2026

Məktəbin IV sinif şagirdləri ilə stres və həyəcanın azaldılması məqsədilə psixoloji söhbət və sorğu keçirildi. Görüş zamanı şagirdlərlə gündəlik həyatda qarşılaşdıqları narahatlıqlar, emosiyalar və onların idarə olunması yolları müzakirə olundu. Şagirdlər öz fikirlərini sərbəst şəkildə ifadə edərək mövzu ətrafında aktiv iştirak etdilər. Keçirilən sorğu vasitəsilə onların emosional vəziyyəti və ehtiyacları öyrənildi. Tədbirin əsas məqsədi şagirdlərin psixoloji rifahını dəstəkləmək və onlarda özünəinam hissini gücləndirmək idi.

Bu gün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür!Uşaqlar sadəcə gələcəyimiz deyil, həm də bu günümüzün ən böyük də...
01/06/2026

Bu gün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür!

Uşaqlar sadəcə gələcəyimiz deyil, həm də bu günümüzün ən böyük dəyəridir. Onların təhlükəsiz, sağlam və bərabər imkanlarla böyüməsi daha gözəl bir dünyanın təməlidir. Bütün uşaqları bu xüsusi gün münasibətilə təbrik edir, onlara sevgi və uğur dolu bir həyat arzulayırıq!

28 May – Müstəqillik Günü ilə əlaqədar olaraq kitab sərgisi keçirilib. Kitabxanaçımız tərəfindən təşkil olunan sərgidə A...
26/05/2026

28 May – Müstəqillik Günü ilə əlaqədar olaraq kitab sərgisi keçirilib. Kitabxanaçımız tərəfindən təşkil olunan sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, müstəqillik mübarizəmizə və dahi şəxsiyyətlərimizə həsr olunmuş dəyərli nəşrlər nümayiş etdirilib.
Sərgi zamanı kitabxanaçı şagirdlərə bu şanlı tariximiz barədə ətraflı məlumat verib, müstəqilliyimizin qorunub saxlanılmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb. Şagirdlər həm tariximizi daha dərindən öyrənib, həm də sərgi ilə yaxından tanış olaraq maraqlı müzakirələr aparıblar.
Bizə bu azadlığı və müstəqilliyi bəxş edən qəhrəmanlarımızı ehtiramla yad edir, hamının Müstəqillik Gününü təbrik edirik! 🇦🇿

Məktəbin VI sinif şagirdləri ilə stres və həyəcanın azaldılması məqsədilə psixoloji söhbət və sorğu keçirildi. Görüş zam...
14/05/2026

Məktəbin VI sinif şagirdləri ilə stres və həyəcanın azaldılması məqsədilə psixoloji söhbət və sorğu keçirildi. Görüş zamanı şagirdlərlə gündəlik həyatda qarşılaşdıqları narahatlıqlar, emosiyalar və onların idarə olunması yolları müzakirə olundu. Şagirdlər öz fikirlərini sərbəst şəkildə ifadə edərək mövzu ətrafında aktiv iştirak etdilər. Keçirilən sorğu vasitəsilə onların emosional vəziyyəti və ehtiyacları öyrənildi. Tədbirin əsas məqsədi şagirdlərin psixoloji rifahını dəstəkləmək və onlarda özünəinam hissini gücləndirmək idi.

Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə bu gün məktəbimizin həyətində böyük bir canlanma yaşandı. "Təbiəti qor...
08/05/2026

Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə bu gün məktəbimizin həyətində böyük bir canlanma yaşandı. "Təbiəti qorumaq, vətəni qorumaqdır" deyərək, məktəbin müəllimi M.Novruzovanın təşkilatçılığı ilə 7-ci sinif şagirdləri məktəbimizin ərazisini gülüstana çevirmək üçün işə başladılar. Şagirdlərimiz böyük həvəslə ağacların dibini yumşaltdılar.Hər bir ağacın gövdəsi zərərvericilərdən qorunmaq üçün əhənglə ağardıldı. Ətraf təmizləndi, yeni fidanlara qulluq göstərildi.
Bu iməcilik şagirdlərimizə təkcə təmizliyi deyil, həm də kollektiv iş görməyi, təbiətə sevgi və dahi şəxsiyyətin irsinə hörmət etməyi öyrətdi.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Müstəqilliyimiz əbədidir" adlı intellektual v...
07/05/2026

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Müstəqilliyimiz əbədidir" adlı intellektual viktorina uğurla başa çatdı! 🇦🇿
Yarışma boyu şagirdlərimiz dahi rəhbərin həyat və fəaliyyəti, Azərbaycanın müasir tarixi və dövlətçilik ənənələri barədə öz dərin biliklərini nümayiş etdirdilər. Gərgin keçən mübarizənin sonunda qaliblərimiz müəyyən olundu və məktəbin rəhbərliyi tərəfindən diplomlarla təltif edildilər.
Bu tədbirin keçirilməsində əsas məqsəd gənclərimizdə vətənpərvərlik ruhunu yüksəltmək və Ümummilli Liderin bizə miras qoyduğu zəngin irsi onlara daha yaxından tanıtmaqdır.

Reproduktiv sağlamlıq: Maarifləndirmə hər şeydən önəmlidir! 29 aprel 2026-cl il tarixində  məktəbimizdə 9-cu sinif şagir...
05/05/2026

Reproduktiv sağlamlıq: Maarifləndirmə hər şeydən önəmlidir!
29 aprel 2026-cl il tarixində məktəbimizdə 9-cu sinif şagirdləri ilə "Reproduktiv sağlamlıq" proqramı çərçivəsində növbəti məşğələ keçirildi. Görüşün əsas mövzusu genetik sağlamlığımızı təhdid edən qohumlararası nikahların mənfi fəsadları oldu.
Məşğələ zamanı şagirdlərə:
Yaxın qohumlar arasındakı nikahların genetik xəstəliklərin (məsələn, talassemiya) yaranma riskini artırması;sağlam nəslin davam etdirilməsində tibbi müayinələrin rolu; Milli qanunvericiliyə edilən son dəyişikliklər barədə ətraflı məlumat verildi.
Gənclərimizin gələcəkdə sağlam ailə qurması üçün bu cür maarifləndirmə işləri mütəmadi olaraq davam etdiriləcək.

Maariflənmə davam edir!30 aprel 2026-cı il tarixində  məktəbimizin 8-ci sinfində reproduktiv sağlamlıq dərsləri çərçivəs...
05/05/2026

Maariflənmə davam edir!
30 aprel 2026-cı il tarixində məktəbimizin 8-ci sinfində reproduktiv sağlamlıq dərsləri çərçivəsində "Alkoqolizm və narkomaniya" mövzusu tədris olundu. Şagirdlər mövzu ilə bağlı təqdimatlarla çıxış etdilər, ziyanlı maddələrin insan orqanizmini necə məhv etdiyini elmi faktlarla öyrəndilər.
Məktəbin psixoloqu G.Məlikova şagirdlərin sualları cavablandırdı və onlara asılılıq yaradan vəziyyətlərdən yayınmağın yolları izah etdi.

Address

Sabunçu Rayonu Bakıxanov Qəsəbəsi, Mahir Əmirov Küçəsi 26
Baku
AZ1031

Opening Hours

Monday 00:00 - 00:00
Tuesday 00:00 - 00:00

Alerts

Be the first to know and let us send you an email when Bakı şəhər 277 nömrəli tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category